Loading tabs...

Keyfiyyət və Təcrübə ilə Layihələr

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil olunub. Şirkətimiz sevimli partnyorları ilə birlikdə tədbirdə təmsil olunaraq xeyriyyə təşəbbüsünə dəstək verib. Festivalın əsas məqsədi şagird və tələbələrdə sosial məsuliyyət hissini formalaşdırmaq, milli-mənəvi dəyərləri və xeyriyyəçilik ənənələrini təbliğ etmək olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, tərəfdaş şirkətlərin nümayəndələri, müəllimlər, tələbələr, valideynlər və məzunlar iştirak ediblər. “Veysəloğlu Distribusiya” festivalda “Nestlé Nescafé”, “Nestlé Nescafé Professional”, “ETİ”, “Şölen”, “Haribo” və “Tess” partnyorlarının məhsulları ilə iştirak edib.Tədbirdə iştirak edən partnyorlarımıza təşəkkür edirik. Təqdim olunan məhsullar xeyriyyə sərgi-satışında yer alaraq təhsil yönümlü sosial layihələrə dəstək məqsədinə xidmət edib. Qeyd edək ki, ötən il keçirilən “Məhsul bayramı”nda toplanan 27 309 manat hesabına dörd sosial layihə reallaşdırılıb və bu təşəbbüslərdən ümumilikdə 600 nəfər faydalanıb. “Veysəloğlu Distribusiya” olaraq partnyorlarımızla birlikdə təhsilə və sosial rifaha töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edirik.

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

19 - 20 oktyabr tarixlərində "Bakıda World YYY" təşkilatçılığı ilə “Young Chef Azerbaijan” tədbiri keçirilib. 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, tanınmış tədbir təşkilatçıları, eləcə də restoran, otel və şirkət rəhbərləri iştirak ediblər. “Veysəloğlu” MMC-nin Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə fəaliyyət göstərən “Vesta Horeka” Direktorluğunun təşəbbüsü ilə Badamlı mineral suları tədbirə sponsorluq edib. Sponsorluğun əsas məqsədi Badamlı brendinin HoReCa sektorunda tanıtımını gücləndirmək, restoran və qastronomiya sahəsində fəaliyyət göstərən peşəkarlarla əlaqələri inkişaf etdirmək və brendi hədəf auditoriyasına təqdim etmək olub. Tədbirin qastronomiya və aşpazlıq mövzusunda keçirilməsi Badamlı mineral sularının məhsul kateqoriyasına uyğun olaraq brendin təqdimatı üçün əlverişli imkan yaradıb.

EFES-in baş sponsorluğu ilə Bakıda  “Beer & Food Festival” keçirilib.

EFES-in baş sponsorluğu ilə Bakıda “Beer & Food Festival” keçirilib.

2, 3 və 4 oktyabr tarixlərində EFES-in baş sponsorluğu ilə Bakıda “Beer & Food Festival” keçirilib. Üç gün davam edən festival dad, musiqi və əyləncəni bir araya gətirərək ziyarətçilərə rəngarəng proqram təqdim edib. Festivalda müxtəlif yemək və içki zonaları, oyun sahələri, istirahət məkanları və uşaqlar üçün xüsusi əyləncə zonası fəaliyyət göstərib. Canlı musiqi, DJ çıxışları, tanınmış ifaçıların səhnə proqramları və müxtəlif oyunlar tədbirə xüsusi ab-hava qatıb. Hər gün fərqli konsepsiya və atmosferlə yadda qalıb.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” adlı  xeyriyyə tədbirində iştirak etdi.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” adlı xeyriyyə tədbirində iştirak etdi.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” xeyriyyə tədbirində iştirak etdik. Festival çərçivəsində çərpələng uçuşları, yaradıcı master-klasslar, komanda yarışları, canlı musiqi və müxtəlif əyləncə proqramları təşkil olundu. Rəngarəng çərpələnglərin səmanı bəzədiyi festivalın ən dəyərli tərəfi insanları xeyirxah məqsəd ətrafında birləşdirən dostluq, həmrəylik və birlik ruhu oldu. Veysəloğlu Distribusiya olaraq, bu gözəl təşəbbüsün bir hissəsi olmaqdan və “Dost Əllər” komandası ilə birlikdə xeyirxahlığa töhfə verməkdən məmnunuq.

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Sevimli partnyorumuz “Şölen”in “Ozmo” brendi Bakıda media nümayəndələri, influenser analar və uşaqların iştirakı ilə böyük marağa səbəb olan xüsusi tədbir təşkil edib. Tədbirin mətbuat konfransı ölkədə böyük əks-səda doğurub. “JW Marriott Absheron Baku Hotel”də keçirilən tədbirdə “Ozmo” brendinin Azərbaycandakı fəaliyyəti, əldə etdiyi uğurlu nəticələr və gələcək inkişaf hədəfləri barədə ətraflı məlumat verilib. Tədbirin açılışında çıxış edən “Şölen”in Baş icraçı direktoru Erdoğan Çoban “Ozmo”nun sadəcə qəlyanaltı brendi deyil, uşaqların təxəyyülünü və yaradıcılığını dəstəkləyən, onların inkişafına töhfə verən və əyləncəni ön plana çıxaran bir “oyun yoldaşı” kimi mövqeləndirildiyini bildirib. Səmimi və əyləncəli atmosferdə keçən tədbir iştirakçıların böyük marağına səbəb olub və media nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

Digər Layihələr

DATA, ERP və Süni İntellekt zirvəsi

DATA, ERP və Süni İntellekt zirvəsi

Gələcək” konsepsiyalı Data, ERP və Süni İntellekt Zirvəsi təşkil olunmuşdur. Tədbirdə rəqəmsal transformasiya, yeni texnologiyalar, məlumatların idarəedilməsi, ERP sistemləri və süni intellektin tətbiqi sahəsində dövlət qurumları, özəl sektor nümayəndələri və beynəlxalq ekspertlər bir araya gələrək innovativ həlləri müzakirə etdilər. Veysəloğlu Distribusiyanın İdarə Heyətinin üzvü (Rəqəmsallaşdırma və Transformasiya üzrə) Sami Öztürk tədbirin “ERP-nin gələcəyi: Yeni trendlər” adlı birinci panelində spiker qismində çıxış etmişdir. Sami bəyin çıxışının əsas mövzusu AI agentlərinin real biznes proseslərinə inteqrasiyası və GPT modelləri ilə transformasiya nümunələri oldu. O, çıxışında qeyd etdi ki: “Layihələr göstərir ki, süni intellekt təkcə texnologiya deyil — mədəniyyət, liderlik və məqsəd məsələsidir.” Zirvə bir daha göstərdi ki, Azərbaycanda “süni intellektin oyandığı çağ” artıq başlayıb. Bu dönüşümün sadəcə izləyicisi deyil, fəal iştirakçısı və aparıcı qüvvəsi olmalıyıq.

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib

Aprelin 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi ümumi qrant müsabiqəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və Mədəniyyət TV-nin media tərəfdaşlığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib. Akademik Milli Dram Teatrında baş tutan tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Aprel döyüşləri şəhidi, “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində başladığı şanlı yol sonradan 44 günlük Vətən müharibəsində böyük Qələbə ilə nəticələnib. Aprel döyüşlərində qəhrəmanların açdığı cığırla irəliləyən Azərbaycan əsgəri onların missiyasını layiqincə davam etdirərək torpaqlarımızın azadlığını təmin edib və şəhidlərin qisasını alıb. Bu baxımdan, Aprel döyüşləri müasir tariximizdə Qələbəyə aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Ədəbi-bədii gecədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri, Aprel döyüşləri şəhidi Nurlan Əsgərovun və Vətən müharibəsi şəhidi İntiqam Əsgərovun anası Ziba Əsgərova, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramovun və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova çıxış ediblər. Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri çıxışı zamanı Aprel döyüşlərində şəhid olmuş 90 qəhrəmanın adını bir-bir səsləndirib. Bu təsirli məqam zalda xüsusi duyğusal anlar yaşadıb və iştirakçılar tərəfindən dərin ehtiramla qarşılanıb. Çıxış edənlər Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük Zəfərin başlanğıcı olduğunu vurğulayaraq, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirin sonunda tanınmış incəsənət xadimlərinin iştirakı ilə şəhidlərin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiya Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların real həyat hekayələri əsasında hazırlanıb. Kompozisiyanın ideya müəllifi Sevinc Orucova, ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair-yazıçı İlqar Fəhmi, quruluşçu rejissoru isə Əməkdar artist Nicat Kazımovdur.

Veysəloğlu Şirkətlər Qrupu “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026”nın Platin sponsoru oldu

Veysəloğlu Şirkətlər Qrupu “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026”nın Platin sponsoru oldu

Veysəloğlu Şirkətlər Qrupu gənc istedadların inkişafına dəstək göstərmək məqsədilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” layihəsinə Platin sponsor qismində qoşulub. Əməkdaşlıq çərçivəsində Şirkətlər Qrupu ölkədə biznes təhsili alan gənclərin analitik düşüncə, strateji qərarvermə və liderlik bacarıqlarının inkişafına töhfə verəcək. Müsabiqə çərçivəsində tələbələr real biznes problemləri üzərində işləyərək innovativ həllər təqdim edəcək və gələcək biznes liderləri kimi formalaşmaq imkanı qazanacaqlar. “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələrindən seçilmiş tələbələr komanda şəklində çalışaraq strateji təhlil, bazar araşdırması və praktiki biznes həlləri hazırlayacaqlar. İştirakçılar layihə müddətində biznes nümayəndələri və ekspertlərlə birbaşa ünsiyyət qurmaq, mentor dəstəyi almaq və real biznes mühitinə daha yaxından bələd olmaq imkanı əldə edəcəklər. Müsabiqənin əsas məqsədi gənclərin nəzəri biliklərini praktik biznes təcrübəsi ilə birləşdirməsinə şərait yaratmaq, onların innovativ düşüncə tərzini inkişaf etdirmək və gələcək karyeralarında uğur qazanmalarına dəstək olmaqdır. Veysəloğlu Şirkətlər Qrupu üçün gənc nəslin inkişafına töhfə vermək və onların potensialını üzə çıxarmaq prioritet istiqamətlərdən biridir. Şirkətlər Qrupu hesab edir ki, gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş belə təşəbbüslər ölkədə innovativ biznes mühitinin formalaşmasına və yeni nəsil liderlərin yetişməsinə mühüm töhfə verir.

“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu

“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu

18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bürünc və qızıl medallar uğrunda keçirilən qarşılaşmalarda qaliblər müəyyənləşib. Qızların final qarşılaşmasında Veysəloğlu Şirkətlər Qrupu və “Avrora Qrup”un həmtəsisçisi olduğu “Milli Aviasiya Akademiyası”nın qadınlardan ibarət voleybol klubu “Lokomotiv” komandasını 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub. Oğlanların final görüşündə isə “Şərqi Zəngəzur RVK” komandası “ORDU”nu 3:0 hesabı ilə üstələyərək çempionluğa yiyələnib. Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, maliyyə direktoru Sənan Cəfərov, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri, “AVRORA” Şirkətlər Qrupunun direktoru Ceyhun Abbasov, “Murov Az Terminal” VK-nın prezidenti Cavid Kərimov, “AZERRAIL” VK-nın prezidenti Ramin Əzizov, AVF-nin Naxçıvan filialının prezidenti Vüqar Əliyev, “Şərqi Zəngəzur RVK”nın prezidenti Niyaməddin Paşayev təqdim ediblər. Beləliklə, qızların yarışında “Milli Aviasiya Akademiyası” komandası qızıl medal və kuboka layiq görülüb. “Lokomotiv” gümüş, “Möminə Xatun” isə bürünc medal qazanıb. Oğlanların yarışında isə “Şərqi Zəngəzur RVK” komandası qızıl medal və kuboka sahib olub. “ORDU” gümüş, “Murov Az Terminal” komandası isə bürünc medal əldə edib. Sonda qalib və mükafatçı komandalarla xatirə şəkilləri çəkdirilib.